Həftənin futbolçusu adına namizədlər bəlli oldu

Həftənin futbolçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqasında I tura yekun vurulub. Oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Siyahıda 4 oyunçu yer alıb. “Bavariya”dan Harri Keyn, Dortmund “Borussiya”sından Gittens, “Bayer”dən Florian Virts və “Atletiko”dan Antuan Qrizmann namizəd göstərilib.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən 900-cü qol

Növbəti yazı

Qrinvuda yeni namizədlər