Həftənin ən yaxşıları
NBA-da ötən həftənin ən yaxşı basketbolçuları bəlli olub. “Leykers”in hücumçusu Lebron Ceyms və “Miluoki”dən Dryu Holidey ən yaxşı seçilib.
Qərb konfransında hamından üstün olan Lebron həftənin 4 matçında orta hesabla 35,0 xal, 9 ribaund və 7,0 ötürməyə imza atıb. Onun komandası üç qələbə qazanıb.
Holidey Şərq konfransında ən yaxşı sayılıb. O, üç görüşdə 33,3 xal, 9,3 ötürmə və 4,7 ribaundla yadda qalıb. “Baks” bu matçlardan ikisində qalib gəlib.