Gyökereş ən yaxşı seçildi
Çempionlar Liqasında IV turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Sportinq”in hücumçusu Viktor Gyökereşdir.
26 yaşlı futbolçu “Liverpul”dan Luis Dias, “Zalsburq”dan Karim Konate və “Seltik”dən Nikolas Kyunu geridə qoyub.
Forvard “Mançester Siti”ni 4:1 hesabıyla məğlub etdikləri oyunda üç qol vurub.