Gürcüstan millisində ciddi itki
Gürcüstan millisinin hücumçusu Tornike Şengeliya zədələnib. O, iki ay meydanlardan kənarda qalacaq.
Basketbolçu DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Niderland yığması ilə oyunda (77:66) çiynindən zədə alıb. Hücumçu üçüncü rübdə meydanı tərk edib. Ardınca o, müayinə üçün xəstəxanaya aparılıb.
Şengeliya AvroBasket-2022-ni buraxmaq məcburiyyətində qalıb.