Günün şansı – 28.01.2023
Brooklyn Nets – NY Knicks – 1
Bu gün Nyu Yorkun iki təmsilçisi üz-üzə gələcək. Durantin yoxluğunda son matçlarda uğursuz çıxış edən “Nets”in bu matçda qalib gəlməsi vacibdi. Meydan sahiblərinin qələbəsini iddia edirəm.
Minnesota – Sakramento – 2
Son oyunda qalib gələn “Minnesota” mövsümə yaxşı başlayan “Sacramento” ilə qarşılaşacaq. Matçın aşkar favoriti olmasa da, qonaqların şansını daha yüksək qiymətləndirirəm.
Utah Jazz – Mavericks – 2
Hər iki komanda bu mövsüm pley off uğrunda mübarizə aparır. Utaha yollanan dallaslıları çətin oyun gözləyir. Buna baxmayaraq, qonaqların qalib gələcəyini düşünürəm.