Günün şansı – 04.04.2023
Bruklin Nets – Minnesota – 2
Son oyunda öz meydanında məğlub olan “Minnesota” Nyu-York səfərinə yollanacaq. Səfərdə “Nets”lə qarşılaşacaq “Minnesota”nın qalibiyyət şanslarını daha çox qiymətləndirirəm.
Qolden Steyt – Oklahoma – 1
Bu mövsüm səfərdə bərbad nəticə göstərən “Qolden Steyt” öz meydanında elə də pis təsir bağışlamır. Pley-off mübarizəsi aparan “Oklahoma” üçün bu matçda qələbə önəmlidir. Buna baxmayaraq “Qolden Steyt”in qələbə qazanacağına inanıram
Utah Jazz – LA Leykers – 1
Son matçlarda uğurlu seriyada olan “Leykers” Utah səfərinə yollanacaq. Hər iki tərəf üçün qalibiyyət önəmlidi. Pley-offa bir başa vəsiqə qazanmaq üçün “Leykers”in qələbə qazanması mütləqdir. Buna baxmayaraq, meydan sahiblərinin “Leykers”in uğurlu seriyasına son qoyacağını düşünürəm