Günün kuponu – 31.12.2025

Günün kuponu – 31.12.2025

Qabon – Fil Dişi Adaları 2

Afrika millətlər kubokunda favoritlərdən olan Fil Dişi bu görüşdə mütləq qələbə qazanmalıdır. Zənnimcə zəifləmiş Qabon çətin ki, onlara müqavimət göstərə bilsin.

Mozambik – Kamerun 1,5 ÜST

Kamerun qələbəyə daha yaxın tərəf kimi görünür. Amma Mozambik sürpriz qadirdi. Odur ki, risk etməyə dəyməz. Bu oyun üçün azı 2 qolun vurulacağı proqnozu daha məntiqli görünür.

Aşdod – Makkabi Hayfa 2

Aşdod əvvəlki illərlə müqayisədə çox zəifləyib. Makkabi Hayfa isə hər zaman iddialıdır. Avrokubokları hədəfləyən Makkabi bu oyunda xal itirməməlidir. Məncə belə də olacaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Liverpul”da məşqçi ayrılığı

Növbəti yazı

Sürpriz kupon – 31.12.2025