Günün kuponu – 31.10.2025

Günün kuponu – 31.10.2025

Auqsburq – B.Dortmund 2

Bundesliqada yalnız bir matçda uduzan Dortmund təmsilçisi səfərdəki matça itkilərlə çıxacaq. Müxtəlif səbəblərdən Emre Can və Julien Duranville görüşdə iştirak etməyəcək. Maraqlıdır ki, “Auqsburq” son iki ildə keçirilən matçlarda “Borussiya”ya qalib gəlib. Hazırda yaxşı günlərini yaşamayan meydan sahiblərinin xal qazanacağına inanmıram.

İstanbul Başakşəhər – Kocaelispor 1

Türkiyə Super Liqasında qonşu pillələrdə qərarlaşan komandaları bir-birindən cüzi fərq ayırır. “Kocaelispor” rəqibdən bir xal çox toplamaqla 10-cu yerdədir. Cari mövsüm yüksək dəstəyə qayıdan qonaqların səfərdə yaxşı təsir bağışlamadığı görünür. Komanda səfər matçlarında qol vurmaqda çətinlik çəkir və xal itirir. Bu səbəbdən meydan sahiblərinin qələbəsinə mərc gəlməyi məsləhət görürəm.

PSV Eyndhoven – Fortuna Sittard ÜST 2.5

Cari mövsüm inamlı təsir bağışlayan PSV 10 turda 30 qol vurmaqla diqqəti cəlb edir. Hesabat turunda qonaqların heyətində 6 əsas futbolçu oyunda iştirak etməyəcək. Üstəlik “Sittard”ın müdafiə xəttində olan problemlər həll olunmayıb. Matçda məhsuldar nəticənin qeydə alınacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Arsenal”dan tarixi rekord

Növbəti yazı

Sürpriz kupon – 31.10.2025