Günün kuponu – 31.10.2022
“Verona” – “Roma” – ÜST2.5
A seriyasında son turda doğma meydanda “Napoli”yə uduzan “Roma” bu dəfə səfərdə meydana çıxacaq. Meydan sahiblərinin oyun baxımından ciddi problemləri var. A seriyasında son qələbəsini 29 gün əvvəl qazanan “Verona” ardıcıl 4 matçda məğlub olub. Maraqlıdır ki, “canavar”lar uzun müddət bu rəqibi səfərdə məğlub edə bilmir. Son qələbə 3 il əvvələ təsadüf edir.
“Monza Brianza” – “Bolonya” – Q/Q
Hərəyə 10 xal toplayan klubları turnir cədvəlində 2 pillə ayırır. 5 matçda meydanı məğlub tərk edən qonaqlar rəqibdən irəlidədir – 13-cü pillə. A seriyasına yüksələn “Monza Brianza” üçün burada qələbə qazanmaq çox çətindir. Unutmaq olmaz ki, meydan sahibləri evdə “Yuventus”a qalib gəlməyi bacarıb (1-0).
“Elfsborq” – “Helsinqborq” – ÜST2,5
İsveç çempionatında 7-ci pillədə qərarlaşan “Elfsborq” doğma meydanda autsayderlərdən birini qəbul edir. Ardıcıl altı matçda uduzan “Helsinqborq”un səfər şansları yüksək qiymətləndirilmir. Bu oyunda meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.