Günün kuponu – 31.08.2024
Barselona – Real Valyadolid 1
Katalonlar mövsümə, bir neçə əsas oyunçularının zədəli olmasına baxmayaraq, 3 oyun, 3 qələbə ilə start verdilər. Yeni transfer, son Avropa çempionu Olmonun da komandaya qoşulması əlavə güc və motivasiyadır. Yəqin ki, bu görüş ev sahibləri üçün çətin olmayacaq və rahat qələbə əldə edəcəklər.
Nijni Novqorod – Zenit 2
“Zenit” yeni mövsümə güclü başladı. Lakin sonra, Premyer Liqanın son iki turunda Sergey Semakın komandası iki ardıcıl heç-heçə etdi. Amma bu görüşə “Zenit” tam qələbə əzmi ilə çıxacaq. Məncə, artıq şərhə ehtiyac yoxdur. Favorit qonaqlardır və layiqli qələbə də qazanacaqlar.
Nürnberq – Maqdeburq QOL/QOL
Bundesliqa 2-də çıxış edən hər iki komanda statistik göstəricilərinə görə hal hazırda yaxşı formadadılar. Meydanı da qolsuz tərk etmirlər.
Düşünürəm ki, bol qollu oyun gözlənilir.