Günün kuponu – 31.07.2024

Günün kuponu – 31.07.2024

Borac Banja Luka – PAOK QOL/QOL

Səfərdə 2:3 hesabıyla uduzan Bosniya və Herseqovina çempionu öz meydanında yunanlardan revanş almağa çalışacaq. PAOK isə favorit statusunu bu matçda da doğrultmaq istəyəcək. Fikrimcə, ilk oyunda olduğu kimi bu görüşdə də qarşılıqlı qollar qeydə alınacaq.

Partizan – Dinamo Kiyev – QOL/QOL

İlk oyunda 2:6 hesabıyla uduzan “Partizan”ın növbəti mərhələyə çıxacağı möcüzə olar.Məncə, serblər sadəcə ilk matçdakı darmadağının heyfini almaq üçün oynayacaq. “Dinamo” da onların qarşısına! “əliboş!” çıxan deyil. Qarşılıqlı qollar daha real variant kimi görünür.

Austriya – İlves – 1

Vyana klubunun Finlandiyada məğlubiyyəti (1:2) ilk oyunlar arasında sensasiyalardan oldu. Fikrimcə, “Austriya” revanşı artıqlaması ilə alıb, mərhələni keçəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün şansı – 31.07.2024

Növbəti yazı

Sürpriz kupon – 31.07.2024