Günün kuponu – 31.03.2025
Selta – Las Palmas qol\qol
Selta bütün turnirlər nəzərə alınmaqla ardıcıl 13 oyundur meydanı qolsuz tərk etmir. Autsayder Las Palmasla görüşdə də bu seriyanın davam etmə ehtimalı böyükdür. Las Palmas isə “düşmə zonası”ndan çıxmaq üçün xal və ya xallar qazanmağa məcburdur. Ona görə hücuma üstünlük verməlidirlər. Tərəflərin öz aralarındakı son 13 oyundan 12-də qarşılıqlı qollar vurulduğunu da nəzərə alaraq bu matç üçün qol\qol variantına mərc edirəm.
Kopenhagen – Randers – 1
Kopenhagen “qara zolaq”dan çıxmağa çalışır. Komanda UEFA Konfrans Liqasındakı 2 oyunda və Danimarka çempionatındakı son 3 qarşılaşmada qələbə qazana bilməyib. Lider Midyulland isə bundan istifadə edərək fərqi artırıb. Fikrimcə, Kopenhagen çempionluq yarışından qopmaq təhlükəsinin artmasna imkan verməyəcək və Randersə qalib gələcək.
Eyupspor – İstanbul Başakşehir – cüt şans x2
Son 2 turda məğlub olan Başakşehir uğursuz seriyanı dayandırmalıdır. Rəqibbu mövsüm yaxşı təsir bağışlasa da, fikrimcə, İstanbul klubu bu qarşılaşmada uduzmayacaq.