Günün kuponu – 31.03.2023

Günün kuponu – 31.03.2023

Malyorka – Osasuna – QOL/QOL

Komandalar arasında son beş oyundan üçündə Qol/Qol variantı gəlib.
Amma təxminən 1 aydan çoxdur rəqiblər La Liqada uğursuz performans sərgiləyir.
Düşünürəm ki, bu oyunda nəhayət azarkeşlər hər iki kollektivdən rəngarəng futbol görə biləcək.

Ayntraxt Frankfurt –  Bohum – 1

Frankfurtlular 7 oyundur qələbə üzünə həsrətdi. “Bohum” isə ardcıl iki qələbə qazanıb və yaxşı əhvaldadı. Bununla belə, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahiblərinin uğursuz seriyasının bu qarşılaşmada bitəcəyinə mərc etməyin daha məntiqli olduğu qənaitindəyəm.

Marsel – Monpelye – 1

“Monlelye” 6 oyundur uduzmur. Bu matçlardan beşində isə qalib gəlir. PSJ ilə çempionluq uğrunda mübarizə aparan “Marsel” isə 3 oyundur məğlub olmur və bu matçlardan ikisində qalib gəlib.
Məncə, meydan sahibləri iddialarını ortaya qoyaraq qonaqların seriyasını sonlandıracaq.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Futboldan 2 illik uzaqlaşdırıldı

Növbəti yazı

Sürpriz kupon – 31.03.2023