Günün kuponu – 30.12.2025
Çelsi – Bornmut 1
“Çelsi” qeyri-sabit çıxışı ilə azarkeşlərini üzür. Amma 15-ci pillədə qərarlaşan “Bornmut” da parlaq oyunu ilə seçilmir. Bu ayın 6-sı komandalar arasında keçirilən Premyer Liqa matçında qolsuz bərabərlik qeydə alınmışdı. “Stemford Bric”dəki oyunun daha maraqlı keçəcəyini və “zadəganlar”ın azarkeşlərinin də köməyi ilə 3 xala qovuşacağını düşünürəm.
Arsenal – Aston Villa
Ev sahibi qol buraxmadan qalib gələcək: Xeyr
Bu mövsümdən “boksinq dey” ləğv edilsə də, Premyer Liqada günündən asılı olmayaraq hər oyun böyük maraq doğurur. Lider “Arsenal” ilin son akkordunu effektli vurmaq istəyir. Amma rəqib sıradan biri deyil. 11 oyunluq qələbə seriyasına malik “Aston Villa” bu marafonda “Arsenal”ı da udmağı bacarıb. Qarşılaşmanın meydan sahibləri üçün asan keçməyəcəyini təxmin edirəm.
Mançester Yunayted – Vulverhemton 1 və 1.5 ÜST
“Mançester Yunayted” ümidsiz autsayderlə matçda xal itirsə, əsl sürpriz olar. “Vulverhemton” Çempionşipə düşməyə ən real namizəddi və böyük ehtimalla belə də olacaq. Komanda mövsüm ərzində çempiinatda bir qələbə də qazana bilməyib və cəmi 2 dəfə heç-heçə oynayıb. “Qırmızı şeytanlar” azarkeşləri önündə 3 xal qazanmağa çətinlik çəkməməlidi.













