Günün kuponu – 30.12.2024

Günün kuponu – 30.12.2024

Mançester Yunayted – Nyukasl QOL/QOL

“Yunayted”də baş məşqçi dəyişikliyinin də xeyri olmadı. Komanda qeyri-sabit çıxışını davam etdirir. Derbidə “Siti” üzərində əzmkar qələbədən sonra (2:1) “qırmızı şeytanlar” ardıcıl 2 Premyer Liqa və 1 kubok matçının hamısında uduzub. “Nyukasl” isə son 4 matçın hamısında qalib gəlib. Onlar Mançester səfərində də qələbə seriyasını davam etdirməyə, “Yunayted” isə ilin son matçında fanatlarını sevindirməyə çalışacaq. Məncə, belə oyunlar üçün qarşılıqlı qollar daha uyğun variantdır.

Aston Villa – Brayton 1-ci hissə 0,5 ÜST

Bol qollu oyun olacağını təxmin edirəm. Belədə hesabın ilk yarıda açılacağı gözləniləndir.

Əl Cəzirə – Əl Ayn QOL/QOL

BƏƏ Liqa Kubokunun 1/4 final mərhələsində cavab matçı. İlk oyunu “Əl Ayn” öz meydanında 1:0 qazanıb. “Əl Cəzirə” revanş üçün hücum futbolu oynamalıdır. Bu isə qarşı tərəfə əks hücumlarda qol vurmaq şansı verəcək. Ona görə qol-qol variantına üstünlük verirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

İlin ən yaxşıları bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 30.12.2024