Günün kuponu – 30.10.2025

Günün kuponu – 30.10.2025

Yantra 1919 – CSKA 1948 2

Bolqarıstan çempionatında 2-ci yerdə gedən CSKA 1948 ölkə kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisinin qonağı olacaq. Rəqiblər arasında bəlli səviyyə fərqi var. Lətifələri ilə məşhur olan Qabrovonun təmsilçisi güclü rəqibə ən yaxşı halda ciddi müqavimət göstərə bilər.
Favorit bu matçda qələbə qazanıb turnirdə iddiasını ortaya qoymalıdır.

Midtyulland – Silkeborq 1

Bu komandalar arasında da ciddi səviyyə var. “Midtyulland” son 10 oyunda 9 qələbə qazanıb və 1 heç-heçə edib.
Komanda əla formadadır.
Meydan sahiblərinin qələbəsinə mərc edirəm.

Zalsburq – Tirol 1 və QOL/QOL

“Zalsburq” 10 oyun idi qapısının toxunulmazlığını qoruya bilmirdi. Nəhayət “Austriya” ilə son matçda bu seriya qırıldı.
“Tirol” isə 6 oyunluq qələbəsizlik seriyasını son turda “Blau Vays”la matçda sındıra bildi. Buna baxmayaraq, insburklular demək olar ki, hər oyunda qol vurur. Zənnimcə, bu Avstriya kubokunun bu 1/8 qarşılaşmasında da, qonaqlar ən azı 1 dəfə fərqlənə biləcək. Amma qələbəni favorit qazanacaq.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

”Mançester Yunayted”də ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 30.10.2025