Günün kuponu – 30.10.2024
Atalanta – Monza 1
Son 3 turda ev sahibləri rəqiblərinin qapısına 13 qol vurmağı bacarıblar. Bu da, komandanın hücum xəttinin çox güclü olmasının nəticəsidir. A Seriyasının zəiflərindən olan “Monza” inanmıram ki, bu oyunda sürpriz nəticə əldə etsin. Açıq aşkar favorit “Atalanta”dır və inamlı qələbəsinə şübhə etmirəm.
Mançester Yunayted – Lester 1
“Mançester Yunayted” mövsümə yaxşı başlamadı və hətta məşqçisini də bir gün öncə istefaya göndərdi. 9 oyuna cəmi 11 xal toplayıblar və bu olduqca zəif göstəricidir. Amma Liqa Kubokunun 1/16 mərhələsində “Barnsli”ni 7 cavabsız qolla keçiblər. Yəqinki ümidlərini ölkə kuboklarına bağlayıblar. Fikrimcə, bu görüş “qırmızı şeytanlar”ın qələbəsi ilə başa catacaq.
Yokohama – Urava QOL/QOL
Hər iki komanda son matçlarda, xüsusilə ev və səfər matçlarında fərqləniblər. Turnir cədvəlində mövqelərini yaxşılaşdırmaq istəyən qonaqların və stadion üstünlüyündən istifadə etmək istəyən meydan sahiblərinin qol vurmaq şansları var. Belə olduğu halda, matçın qarşılıqlı qolların olması məqsədə uyğundur.