Günün kuponu – 30.09.2022
“Anje” – “Olimpik Marsel” 2
“Anje” son iki oyununu qələbə ilə başa vuürub. İqor Tudorun baş məşqçisi olduğu “Marsel” isə 2 matçdır qələbə qazana bilmir. Komanda əvvəlcə Çempionlar Liqasında “Ayntraxt Frankfurt”a uduzdu, daha sonra isə Liqa-1-də “Renn”lə bərabərə qaldı.
“Marsel” ötən mövsüm “Anje” səfərində xal itirmişdi – 0:0.
Meydan sahiblərinin heyətində zədəli futbolçuların sayı çoxdur. “Marsel” cütün favoritidir.
“Bayern Münhen” – “Bayer Leverkuzen” QOL/QOL
Bu mövsüm Münhen klubunun işləri istənilən kimi getmir. Naqelsmannın komandası 7 turdan sonra 12 xalla 5-ci yeri tutur. “Bayern Münhen” Bundesliqada artıq 4 oyundur ki, qələbə qazana bilmir.
“Bayer Leverkuzen” də cari çempionatda zəif təsir bağışlayır. Komanda 15-ci yeri tutur və təhlükəli zonanın bir addımlığındadır.
Bu komandalar arasında son 5 görüşün dördündə qol\qol qeydə alınıb. Bu dəfə də hər iki komandanın fərqlənmək ehtimalı yüksəkdir.
“Atletiik” – “Almeriya” 1
Bilbao klubu çempionata yaxşı başlayıb. Baskoniya təmsilçisi 13 xalla 4-cü yeri tutur. Erneste Valverdenin komandası son iki görüşünü qələbə ilə başa vurub.
“Almeriya” isə son 3 turda minimal hesabla məğlub olub.
Bu komandalar arasında son 5 oyunun dördündə “Atletik” qələbə qazanıb. Yəqin ki, meydan sahibləri “San Mames”də xal itirməzlər.