Günün kuponu – 30.08.2023
PSV – “Reyncers” – 1-ci hissə cüt şans 12
Tərəflərin ilk oyunu məhsuldar heç-heçə ilə başa çatıb -2:2. Bu qarşılaşmanın da bol qollu keçmə ehtimalı yüksəkdir. Belədə hesabın ilk yarıda açılacağına mərc etmək olar.
AEK Afina – “Antverpen” – 30-cu dəqiqəyə kimi qol – xeyr
Belçikadakı ilk oyunda “Antverpen” minimal hesablı qələbə qazanıb – 1:0. Afinadakı görüşdə yəqin ki, qonaqlar erkən qol buraxmamağa, hesabdakı üstünlüyünü qorumağa çalışacaq. Bu üzdən hesabın ilk yarımsaatda açılacağını gözləmirəm.
“Poqon” – “Slask Vrotslav” – 1-ci hissə cüt şans 12
Polşa liqasında 3-cü turdan təxirə salınan bu qarşılaşmada azı 2-3 qolun vurulacağını təxmin edirəm. Fikrimcə, 1-ci hissə yekunlaşanda hesabda bərabərlik olmayacaq.