Günün kuponu – 30.07.2025

Günün kuponu – 30.07.2025

Qarabağ – Şelburn – 1-ci hissə – 1

Tərəflər arasında səviyyə fərqi ilk oyunda da göründü. Azərbaycan çempionu İrlandiyada qazandığı 3-0-lıq qələbəylə növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edib. Cavab matçı formal xarakter daşısa da, yeni mövsümdə Bakıda – dogma azarkeşləri qarşısında ilk oyuna çıxacaq Qarabağın qalib gələcəyini düşünürəm. Məncə, elə ilk hissədə qələbənin əsası qoyulacaq.

FCSB – Şkendiya – 2-ci hissə – 1

Qarabağ UEFA Çempionlar Liqasında növbəti mərhələyə çıxarsa, bu dueldə qalib tərəflə oynayacaq. İlk oyunda səfərdə 0:1 uduzan Rumıniya çempionu cavab matçında aşkar favorit sayılır. Amma makedoniyalıların da asan təslim olacağını gözləmirəm. Fikrimcə, FCSB yalnız 2-ci hissədə rəqbindən daha çox qol vurmaqla qalib olacaq. Bu onlara mərhələ keçməyə yetəcək, ya yox, bu bir az düşündürücüdür.

Breydablik – Lex Poznan – QOL/QOL

Polşada keçirilən ilk oyunda Lexin 7-1-lik qələbəsiylə məsələ həll olunub. Məncə, hər 2 tərəf nəticəni qəbul etdiyindın daha çox şou xarakterli oyun olacaq. Belə oyunlar adətən bol qollu keçir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Qurban Qurbanov: “Daha yaxşı olmaq istəyirik”

Növbəti yazı

Sürpriz kupon – 30.07.2025