Günün kuponu – 30.05.2025

Günün kuponu – 30.05.2025

Qalatasaray – Başakşehir 1, 3,5 üst, qol vuracaq oyunçu Osimhen

Çempionluğu təmin etmiş Qalatasaray azarkeşləri önündə mövsümün son oyununa çıxır. Cimbom mövsümü qələbə ilə başa vurmağa çalışacaq. Görünən odur ki, bacaracaqlar da. Digər tərəfdən Başakşehir də avrokuboklara vəsiqəni təmin edib. Odur ki, mövsümün  son oyunu daha çox şou xarakterli olacaq. Belə oyunlar isə bol qollu keçir. Düşünürəm ki, qapılara azı 4 top vurulacaq. Qalatasarayın ulduzu Osimhenin komandada qalıb qalmayacağı bəlli deyil. Böyük ehtimalla gedəcək. Odur ki, nigeriyalı forvardın azarkeşlərə qol vuraraq vida edəcəyi ehtimalı böyükdür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Araz-Naxçıvan”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 30.05.2025