Günün kuponu – 30.03.2025

Günün kuponu – 30.03.2025

Frayburq – Yunion Berlin 1, 2,5 ÜST, kornerlər cəmi 8 ÜST

Növbəti mövsüm Çempionlar Liqasını hədəfləyən Frayburq Yuniyon Berlinlə oyunda mütləq qələbə qazanmalıdır. Düşünürəm ki, onlar bunu bacaracaqlar. Doğma azarkeşlər önündə Frayburq çox güclü təsir bağışlayır. Üstəlik, bu matçda bol qollu qarşılaşma olacağını ehtimal edirəm. Nəzərə alsaq ki, Yunion Berlin də qol vurmağı bacaran komandadır, o zaman 2,5 üst seçimi məntiqli görünür. Açıq oyun olacağını ehtimal etdiyimdən kornerlərin də çox olacağını düşürəm. Məncə bu qarşılaşmada künc zərbələrinin sayı səkkizi keçəcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Müller “Bavariya”nı tərk edir

Növbəti yazı

Sürpriz kupon – 30.03.2025