Günün kuponu – 30.03.2023

Günün kuponu – 30.03.2023

“Erzurumspor” – “Altay” QOL/QOL
Hər iki komanda 25 xal toplayıb və 13-14-cü yerləri bölüşürlər.
“Aıtay” son iki turda məğlub olub. İzmir klubu səfərə xal üçün çıxacaq. Amma Erzurumdan uğurlu nəticə ilə ayrılmaq elə də asan deyil.

“Sakaryaspor” – “Eyüpspor” 1

‘Eyüpspor” 53 xalla Liqa-1-də 2-ci yeri tutur.
Hesabında 49 xalı olan “Sakaryaspor” isə 5-ci pillədədir.
“Eyüpspor” öz meydanında son iki matçda məğlub olub. Amma komanda səfərdə daha yaxşı çıxış edir.
“Sakaryaspor” lider “Samsunspor”a uduzduqdan sonra “Boluspor” üzərində qələbə qazandı – 2:1.
Meydan sahibləri liderlərə yaxınlaşmaq üçün qələbəyə oynayacaqlar.

“Smuha” – “Əl İsmaili” 1
“Əl İsmaili” Misir çempionatında 18 komanda arasında 17-ci yeri tutur və liqada qalmağa çalışır.
Komanda 7 oyundur uduzmasa da, bu matçların altısında heç-heçə edib.
“Smuha” öz meydanında favorit hesab olunur.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Ardıcıl 5-ci dəfə zirvədə

Növbəti yazı

Sürpriz kupon – 30.03.2023