Günün kuponu – 30.01.2026
Latsio – Cenoa 1X
Hər zaman üst sıraları hədəfləyən Latsio 2 oyundur ki, qələbə qazana bilmir. Cenoa qələbə qazanmaq üçün münasib rəqibdir. Zənnimcə paytaxt təmsilçisi bunun üçün meydana çıxacaq. Günün kuponunda riski azaldaraq, Latsio uduzmaz mərcini təklif edirəm.
Köln – Volfsburq 2,5 ÜST
Bundesliqada turun açılış oyunları adətən bol qollu keçir. Kölnün və Volsburqun hücum potensialını nəzərə alsaq, bu oyunda istisna olmaz. Odur ki, 2,5 üst seçimi məntiqli görünür.
Antalyaspor – Trabzonspor QOL/QOL
Trabzonsporun hücum xətti haqqında xoş sözlər söyləmək olar. Amma tam əksini müdafiəsi haqda deyə bilərik. Ötən tur evdə qələbə qazansalar da Kasımpaşa onlara qol vurmağı bacardı. Daha güclü Antalyaspor Trabzonu evdə qəbul edəcək. Məncə Trabzonspor qol vurmağı bacaracaq. Amma Antalyaspor da meydanı qol vurmadan tərk etməz.












