Günün kuponu – 30.01.2025
Ayaks – Qalatasaray – QOL/QOL
Avropa Liqasının son turunda “Qalatasaray”a ilk “səkkizliy”ə düşmək üçün qələbə vacibdir. Bu halda “Cim Bom” Avroliqada birbaşa 1\8 finalda oynamaq imkanı qazanacaq. “Ayaks” isə pley-offa yüksəlmək üçün minimum 1 xal qazanmalıdır. Hır iki komandanın hücum potensialını nəzərə alsaq, bu oyunda qarşılıqlı qollar gözləmək olar.
Makkabi Tel-Eviv – Porto – 1-ci hissənin nəticəsi – Porto
Tel-Eviv təmsilçisi növbəti mərhələ şansını itirib. Portoya isə mütləq qələbə lazımdır. Məncə, portuqallar ilk yarıda qələbənnin əsasını qoyacaq.
Olimpiakos – Qarabağ – 1-ci hissənin nəticəsi Olimpiakos
Avroliqada bütün şanslarını itirən “Qarabağ”dan fərqli olaraq Olimpiakos üçün qələbə olduqca vacibdir. Yunanlar birbaşa 1\8 finala vəsiqə qazanmaq üçün liqa mərhələsini ilk “səkkizlik”də başa vurmalıdır. Bunun üçün Pirey klubu son turda mütləq qalib gəlməlidir. Fikrimcə, ilk hissə Olimpiakosun üstünlüyü ilə bitəcək.