Günün kuponu – 30.01.2023
“Udineze” – “Verona” 1
A seriyasında avrokuboklara vəsiqə uğrunda yarışan “Udineze” 20-ci turda “Verona”nı qəbul edir. Qonaqlar 19 matçda qapısında 31 qol izləyib. Bununla da A seriyasında buraxılan qolların sayına görə antirekordçular sırasındadır. Bu matçda meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.
“Derbi” – “Vest Hem” 2
İngiltərə Kubokuna 1\16 final. 12 illik fasilədən sonra bu komandalar yenidən üz-üzə gələcək. Maraqlıdır ki, “Vest Hem” əvvəlki mərhələdə “Brentford”u məğlub edib. Qonaqların çətin qələbə qazanacağına inanmaq olar.
“Sumqayıt” – “Turan Tovuz” ÜST2.5
Gənclik şəhərinin təmsilçiləri yaxşı günlərini geridə qoyub. Əvəzində Ayxan Abbasov böyük olmayan büdcəylə Tovuzdə xarüqələr yaratmağa çalışır. Ötən il 2 dəfə üz-üzə gələn klubların duelində “Sumqayıt” sevinməyib. Bir oyun heç-heçə başa çatıb, digərində Tovuz klubu qalib gəlib.