Günün kuponu – 29.12.2024
Lester – Mançester Siti – 2
Son illərdə Mançester Sitinin belə vəziyyəti olmayıb: bütün turnirlər nəzərə alınmaqla 13 oyunda 1 qələbə. Artıq Qvardiolanın komandası lider Liverpuldan 14 xal geri qalır. Autsayder Lester üzərində qələbə “Siti”yə hava-su kimi vacibdir. Məncə, nəhayət bu dəfə azarkeşlərini sevindirəcəklər.
Tottenhem – Vulverhempton – QOL/QOL
Son 2 turda uduzan Tottenhem son 2 matçda qalib gələn Vulverhemptona qarşı. London klubu qələbə qazanmaqla “avrozona”ya yaxınlaşmaq, “canavarlar” isə autsayderlərdən uzaqlaşmaq istəyir. Hər iki komanda üçün qələbə çox vacib olduğundan qarşılıqlı qolları daha uyğun variant kimi görürəm.
Sportinq Lissabon – Benfika – QOL/QOL
Lissabon derbisində liqanın liderləri qarşılaşacaq. Sportinq qalib gələrsə, zirvəni Benfikadan təhvil alacaq. Hər iki komandanın superməhsuldar hücum xətti var. Sportinq 15 turda 43, Benfika 37 qol vurub. Tərəflərin öz aralarındakı son 6 matçda da qarşılıqlı qollar qeydə alınıb. Bu dəfə də qol/qol variantına güvənmək olar.