Günün kuponu – 29.12.2021
“Sportinq” – “Portimonense” – 1
“Sportinq” əla bir mövsüm keçirir. ÇL-də 1/8 finala yüksələn Lissabon təmsilçisi Portuqaliya Liqasında da “Portu” ilə çempionluq uğrunda “ölüm-dirim” mübarizəsi aparır. Hər iki komanda 15 oyundan 13-də qələbə, 2 heç-heçə ilə 41 xal toplayıb. Çempionatın məğlubedilməz komandaları da məhz “Portu” ilə “Sportinq”dir. “Portu” bu tur əzəli rəqiblərindən “Benfika” ilə qarşılaşacaq. Bu matçda liderin xal itirmək ehtimalının az olmadığını nəzərə alsaq, “Sportinq”in zirvədə təkbaşına qərarlaşmaq şansı var. Bunun üçün ilk növbədə “Portimonense”yə qalib gəlmək lazımdır. Fikrimcə, oyun 1 ehtimalının reallaşma ehtimalı yüksəkdir.
“Çelsi” – “Brayton” – 1
“London klubu “Everton” və “Vulverhempton”la heç-heçələrdən sonra nəhayət, ötən tur “Aston Villa” nı məğlub etdi. “Çelsi”nin xal itirdiyi turlarda isə “Mançester Siti” fürsətdən maksimum istifadə edərək liderliyini möhkəmlətdi. İndi Qvardiolanın komandası izləyiciləri “Liverpul” və “Çelsi” ni 6 xal qabaqlayır. Demək, “Çelsi” üçün növbəti xal itkisi yol verilməzdir. Bu səbədən oyun 1 variantına çox güvənirəm.
“Vitotiya Gimaraeş” – “Boavişta” – 2,5 üst
Gimaraeşlilər ciddi-cəhdlə avrozonaya-ilk “beşliy”ə düşməyə çalışır. Əgər bu tur qalib gəlsələr və “Eştoril”lə “Portimonense” öz oyunlarını xalsız başa vursalar, 5-ci sıraya yüksələcəklər. “Boavişta” isə asan təslim olan komanda deyil. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, 2,5 üst variantına mərc etmək olar.