Günün kuponu – 29.11.2025
Brentford – Börnli QOL/QOL
Autsayderlərdən biri olan “Börnli” ardıcıl üç matçda uduzaraq son sıralara enib. “Brentford” isə əksinə azarkeşləri sevindirməyə başlayıb. Son turlarda “Liverpul” və “Nyukasl”ı məğlub edən meydan sahibləri uğurlu seriyanı davam etdirmək istəyir. Bu oyun “Börnli” üçün dönüş nöqtəsi ola bilər. Fikrimcə hər iki komanda mübarizəsiz təslim olmayacaq. Ona görə qol/qol seçimi daha real görünür.
Mançester Siti – Lids ÜST2.5
Premyer Liqada “Nyukasl”a uduzan Mançester təmsilçisi ardınca doğma meydanda “Bayer”lə bacarmadı. Amma “Lids”lə matçda növbəti xal itkisini azarkeşlər bağışlamaya bilər. Meydan sahiblərinin inamlı qələbəsinə ümid edirəm. Bu oyun üçün 1 və ya üst2.5 seçimini məsləhət görürəm.
Everton – Nyukasl QOL/QOL
Ötən turlarda “Fulhem” ardınca isə “Mançester Yunayted”i üstələyən “Everton” Londonda növbəti sınaq qarşısındadır. Çempionlar Liqasında Fransa səfərindən məğlub ayrılan “Nyukasl” səfərdən xalsız qayıtmamağa çalışacaq. Tərəflərin istəyinə baxmayaraq məhsuldar heç-heçə qeydə alınacağını düşünürəm.












