Günün kuponu – 29.10.2024
Kalyari – Bolonya QOL/QOL
A Seriyasında hər iki komandanın 9 xalı var. Ardıcıl beş oyundur qələbəyə həsrət olan “Bolonya” bu dəfə səfərdə “Kalyari”yə rəqib olacaq. Komandaların müdafiədəki problemlərini nəzərə alaraq qol-qol seçimini edirəm. Fikrimcə, hərəyə bir qol vurmağı bacaracaqlar.
Leççe – Verona 2.5 ÜST
A Seriyasının autsayderi “Leççe” artıq son pillədəki yeriylə razılaşıb. 9 turda 5 xal toplayan meydan sahibləri oyun baxımından qarşılaşdıqları rəqiblərinə müqavimət göstərə bilmir. “Leççe” son dəfə 2019-cu ildə “Verona”nı məğlub edib. Bu dəfə də uğursuzluğa son qoyulacağına ümid azdır.
Milan – Napoli QOL/QOL
8 turda 14 xal toplayan Milanın eyni adlı komandası evdə A Seriyasının liderini qəbul edir. “Napoli” cari mövsüm çempionatda yalnız bir oyunda məğlubiyyət acısı yaşayıb. Son 2 ildə “Milan” üzərində qələbəsi olmayan Neapol təmsilçisinin 3 xal qazanmaq şansları o qədər də yüksək qiymətləndirilmir. Ona görə qol-qol seçimi daha etibarlı görünür.