Günün kuponu – 29.09.2022
“Honka Espo” – “Helsinki” QOL/QOL
Finlandiya çempionatında lider “Helsinki” səfərdə “Honka”nın qonağı olacaq. 11 xal fərqlə irəlidə olan qonaqlar son beş matçdan üçündə qələbə qazanıb. Maraqlıdır ki, “Honka” çempionatın ən çox qol vuran komandasıdır.
“Korintians” – “Atletiko Qoyaiense” 1
Braziliya A seriyasında 28-ci tur. Lider komandalara yaxın mövqedə olan meydan sahibləri 44 xalla 5-ci yerdədir. Qonaqların vəziyyəti isə çox pisdir. Autsayderliyi ilə razılaşan “Atletiko” belə davam edəcəyi halda B seriyasına enəcək.
“Fluminense” – “Yuventude” QOL/QOL
“Yuventude” Braziliya çempionatında qapısında ən çox qol izləyən komandadır. 27 oyunda 45 dəfə mərkəzə dəvət olunan qonaqlar turnir cədvəlində son pillədə qərarlaşıb. Meydan sahibləri isə lider “Palmeyras”dan 9 xal geri qalır. Maraqlıdır ki, üç ay əvvəlki matçda “Yuventude” rəqibinə 1-0 hesabı ilə qalib gəlib .