Günün kuponu – 29.08.2025
“Neftçi” – “Turan Tovuz” 1X və ALT 3.5
Komandalar mövsümə o qədər də uğurlu başlamayıb. Azarkeşlər istər nəticədən, istərsə də oyundan narazıdır. Bununla belə, Bakıdakı qarşılaşmada hər iki rəqibi tribunada yaxşı dəstək gözləyir. Həm Samir Abbasovun, həm də Kurban Berdıyevin yetirmələri bacardıqlarını ortaya qoymağa çalışacaq. Zənnimcə, maraqlı oyunda meydan sahibləri ən azı uduzmayacaq və matçda üçdən artıq qol vurulmayacaq.
Göztəpə – Konyaspor QOL/QOL
Qonaqlar iki oyunda 7 qol vurub. “Göztəpə” isə keçirdiyi 3 oyunda qol buraxmayıb, 2 səfər qarşılaşmasında 5 qol vurub, yalnız “Fənərbağça”nın qapısını yol tapa bilməyib. Bu dəfə konyalıların meydan sahiblərinin quru seriyasını qıracağına və qarşılıqlı qolların olacağına mərc edirəm.
Leççe – Milan X2 və ALT 3.5
Çempionata “Cuzeppe Meazza”da “Kremoneze”yə sensasiyalı məğlubiyyətlə start verən “Milan” bu qarşılaşmada qələbə qazanmaqla azarkeşlərinin könlünü almağa çalışacaq. Qonaqlar bunu bacaracaq potensialdadı. İlk turda “Cenoa” ilə qolsuz bərabərliyə qalan “Leççe” çətin ki, bu dəfə də çox qol buraxsın və ya məhsuldar futbol ortaya qoysun.












