Günün kuponu – 29.06.2025
Kanada – Qvatemala – 1
“Gold Cup-2025” turnirinin ev sahiblərindən olan Kanadanın 1\4 finalda qalib gələrək yarımfinala yüksəlmək şansı yüksəkdir. Düzdür, bu əlavə vaxtda qazanılan qələbə və ya penaltilər seriyası ilə də ola bilər. Amma meydan sahibinin işi riskə atacağını, məsələni bəxtə, şansa bağlayacağını gözləmirəm. Aralarındakı son 5 qarşılaşmadan 4-də Kanada millisi Qvatemalaya qalib gəlib, bir oyun isə heç-heçə bitib. Fikrimcə, kanadalılar favorit statusunu doğruldacaq.
ABŞ – Kosta Rika – ən çox qol vurulan hissə/2-ci hissə
“Gold Cup-2025” turnirində təşkilatçı ölkənin komandasının iştirakı ilə daha bir 1\4 final görüşü. Şimali amerikalılar “doğma divarlar” arasında favorit sayılır. Amma Kosta-Rika millisi də asan təslim olan rəqib deyil. Fikrimcə, oyunda əsas hadisələr fasilədən sonra baş verəcək, daha məhsuldar hissə də məhz 2-ci 45 dəqiqə olacaq.
PSJ – İnter Mayami – 1-ci hissə – 1
Əla bir mövsümü arxada qoyan, UEFA Çempionlar Liqasını qazanan PSJ qarşılaşmanın favoritidir. Heyətində Messi və Suares kimi ulduzların olmasına, doğma azarkeşlər qarşısında oynamasına baxmayaraq İnter Mayaminin PSJ-ni dayandıracağına inanmıram. Luis Enrikenin komandası məncə, 1-ci hissədə qələbənin əsasını qoyacaq.