Günün kuponu – 29.06.2022
“Korintians” – “Boka Xuniors” – 2,5 ALT
Cənubi Amerikanın bir nömrəli klub yarışı Libertadores Kubokunda 1/8 final oyunları başlayır. Və bu mərhələdə turnirin favoritlərindən ikisi qarşılaşır. Braziliya və Argentina klubları adətən bir-birinə qarşı çox ehtiyatlı oynayır. Bu komandalar indiyədək 6 dəfə qarşılaşıb və bu oyunların 5-də 2 qol qeydə alınıb. Bir görüşün taleyini isə yeganə qol həll edib. Fikrimcə, tərəflər cavab oyununu da düşünüb, ilk qarşılaşmada ehtiyatlı oynayacaq. Ona görə 2,5 alt variantına üstünlük verirəm.
“Qremio” – “Londrina” – YOX/QOL
Bu komandalar Braziliyanın nə A, nə də B seriyasında qarşılaşıb. İlk duelləri olacaq. Yenidən A seriyasına dönməyi hədəfləyən “Qremio” 14 oyundan 22 xal toplayaraq elitaya vəsiqə verən ilk “dördlüy”ü qapayır. 14 oyunda cəmi 5 qol buraxan bu komandanın müdafiəsini yarmaq “Londrina” üçün çətin olacaq. Fikrimcə, bu matçda yalnız bir tərəf qol vura biləcək.
“Kruzeyro” – “Sport Resife” – 2,5 ALT
Braziliya B seriyasında lider olan “Kruzeyro” 13 turda qapısında cəmi 5 qol görüb. 5-ci pillədə yer alan “Sport Resife”nin də müdafiəsi yaxşı görünür: 14 oyuna cəmi 6 qol. Tərəflərin öz aralarındakı son 5 duelin də 2,5 altla bitdiyini nəzərə alsaq, niyə məhz bu variantı seçdiyim aydın olar.