Günün kuponu – 29.01.2026

Günün kuponu – 29.01.2026

Aston Villa – Zalsburq ALT2.5

Avropa Liqasında 1/8 finala vəsiqəni təmin edən “Aston Villa” bəzi futbolçularına istirahət verəcək. Bunun belə ingilislərin doğma meydanda məğlub olacağına inanmıram. Hər iki tərəfin daha ehtiyatlı davranacağını düşünürəm. Demək olar ki, bu oyun turnir cədvəlində vəziyyətə ciddi təsir etməyəcək.

Betis – Feyenord ÜST2.5
İlk 8 komanda sırasında qalmaq üçün ispanlara 8-ci turda qələbə lazımdı. “Feyenord”un şansları yüksək olmasa da səfərdə sonadək mübarizə göstərəcəklərini fikirləşirəm. Hər iki komandanın oyun üslubunu nəzərə alaraq üst2.5 seçimi üzərində dayanıram.

Panatinaykos – Roma ÜST2.5

Bu komandalar tarixdə 2 dəfə qarşılaşıb. 2010-cu ilə təsadüf edən hər iki matç Avropa Liqasında baş tutub. Yunanlar həm evdə, həm səfərdə qələbə qazanıb. İtaliya təmsilçisinin səfərdə əsas heyətlə çıxış edəcəyinə inanmıram. Böyük ölçüdə ilk 8 komanda sırasına vəsiqə qazanacaq “canavarlar”ın risk edəcəyini düşünmürəm. Bu komandaların oyunundan məhsuldar heç-heçə gözləntim var.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Qəbələ”dən I Liqaya

Növbəti yazı

Sürpriz kupon – 29.01.2026