Günün kuponu – 29.01.2025

Günün kuponu – 29.01.2025

Aston Villa – Seltik 1
“Aston Villa” çempionlar liqasının turnir cədvəlində 9-cu yerdədir. ilk 8-likdə yer almaq üçün bu matç çox vacibdir. İnanıram ki, Emerinin yetirmələri, inamlı qələbə ilə azarkeşlərini sevindirəcək.

Barselona – Atalanta 1
Bu görüşün aşkar favoriti katalonlardır. Hal hazırda da, əla formadadırlar. “Atalanta” isə son zamanlar zəif oyun və zəif nəticələr göstərir. Qonaqların bu görüşdən xalla dönmə ehtimalı azdı. Məncə, ev sahibləri rahat qələbə qazanacaq.

Brest – Real Madrid 2
Rəqiblərin fərqliliyini nəzərə alsaq, matçın maraqlı keçəcəyi gözlənilir. “Real Madrid”in hücum xətti, Mbappe başda olmaqla olduqca güclüdür. “Brest” doğma meydanda güclü rəqiblərlə mübarizə aparmağa qadirdir. Amma, Fransa klubunun Madrid komandasının bacarığına və təcrübəsinə müqavimət göstərməsi çox çətin olacaq.

Mr. V

Əvvəlki yazı

Fonseka “Lion”da

Növbəti yazı

Sürpriz kupon – 29.01.2025