Günün kuponu – 28.12.2025
Milan – Verona – 1-ci hissə – 1
Bu mövsüm A seriyasında çempionluğu hədəfləyən Milan son 2 turda cəmi 1 xal qazanmaqla zirvəmi əzəli və əbədi rəqibi İnterə verib. İtirilmiş mövqeyini geri qaytarmaq üçün Milana bacardıqca xal itkisiz irəliləmək lazımdır. Autsayder Veronanın bu tur onlara mane olacağına inanmıram. Aralarındakı son 9 görüşdə bu rəqibi məğlub edən “rossonyerlər” məncə, bu dəfə də qalib gələcək, özü də qələbənin əsası ilk hissədə qoyulacaq.
FK Akademiko de Viseu – SL Benfika B – 1-ci hissə cüt şans 12
Portuqaliya 1-ci liqasında hazırda ən çox qol vuran (15 oyuna 28 qol) Akademiko de Viseunun oynadığı hər matçda azı 2-3 top gözləmək olar. Belədə adətən 1-ci hissədə qol və ya qollar vurulur. Fikrimcə, bu qarşılaşmada da ilk 45 dəqiqə tərəflərdən birinin hesabdakı üstünlüyü ilə yekunlaşacaq.
Qabon – Mozambik – 2,5 ALT
Hər iki komanda Afrika Millətlər Kubokuna 0-1 hesablı məğlubiyyətlə başlayıb. Növbəti məğlubiyyət turnirin onlar üçün qrup mərhələsində bitməsi ola bilər. Ona görə tərəflərdən daha ehtiyatlı oyun gözləyirəm. Öz aralarındakı son 4 oyunda 2,5 üst qeydə alınması da bu fikrimi bir tərəfdən möhkəmləndirir.










