Günün kuponu – 28.10.2024

Günün kuponu – 28.10.2024

Qalatasaray – Beşiktaş – QOL/QOL

Türkiyə superliqasında bu mövsüm uduzmayan əzəli rəqiblərin dueli. Avqustun 3-də Türkiyə superkuboku urğunda matçda “qara qartallar”dan 5 cavabsız qol “yeyən” Qalatasaray yəqin ki, bu qarşılaşmaya həm də revanş fürsəti kimi baxır. 8 tura 17 qol vuran Beşiktaşın da hücum potensialını nəzərə alsaq, məncə, qol\qol variantı daha real görünür.

Malmo – Goteborg – 1-ci hissə qol cəmi – 0,5 ÜST

Malmo bu oyunda qalib gələrsə, finişə 2 tur qalmış çempionluğu təmin edəcək. Goteborq hazırda tənəzzül dövrünü yaşasa da, Malmo ilə aralarındakı tarixi rəqabəti görə azı asanlıqla təslim olmayacağını düşünürəm. Fikrimcə, böyük ehtimalla çempionluğun taleyini həll edəəck bu oyunda hesab ilk yarıda açılacaq.

Ludogorets – CSKA 1948 – YOX/QOL

Ludoqorets gözlənildiyi kimi Bolqarıstan yüksək liqasında inamla liderliyini davan etdirir. 11 turda uduzmayan Razqrad klubu bu müddətdə 19 qol vurub, qapısından isə cəmi 1 qol buraxıb. Bu matçda da “Ludogorets”in qapısını toxunulmaz saxlayacağını düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Renar yenidən millidə

Növbəti yazı

Sürpriz kupon – 28.10.2024