Günün kuponu – 28.10.2022
“Lans” – “Tuluza” 1
İllər öncə aşağı liqada olan “Lans” bu mövsüm yüksək dəstəyə kifayət qədər inamlı oyun nümayiş etdirir 27 toplayan meydan sahibləri lider PSJ-dən 5 xal geri qalır. “Tuluza” 16 xalla ilk onluğu qapayır. Statistikaya əsasən “Lans” son 11 ildə bu kluba uduzmayıb.
“Malyorka” – “Espanyol” QOL/QOL
La Liqada 12-ci tur qonşu pillələrdə olan klubları qarşılaşdırır. “Malyorka” rəqibdən 2 xal çox toplayıb. Qonaqlar son 2 matçda cəmi 1 xal toplayıb. Ona görə səfərdə rəqibə ciddi müqavimət göstərəciyini gözləyirəm. Fikrimcə meydan sahibləri müdafiəyə daha çox diqqət edəcək.
“Verder” – “Herta” QOL/QOL
Tərəflərin son 6 görüşü qol\qol seçimini doğruldub. Ümumiyyətlə bu görüşdə aşkar favorit yoxdu. “Verder” son görüşdə “Frayburq”a uduzmaqla azarkeşlərini əsəbləşdirib. “Herta” isə evdə “Şalke” üzərində çətin qələbə qazanıb. Bu görüşdə hər iki tərəfin meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.