Günün kuponu – 28.09.2023
“Monza” – “Bolonya” QOL/QOL
A seriyasında stabil çıxış etməyən komandaların oyununa mərc etmək təklif olunur. Hər iki komanda cari mövsüm yalnız bir matçda qələbə qazanıb. Fikrimcə bu oyunda qalib olmayacaq.
“Frosineni” – “Fiorentina” ÜST2.5
Bu komandaların son duelində “Frosineni” qələbə qazanıb. Amma bu oyun 2019-cu ildə baş tutub. Qonaqların bu tur xal itirəcəyinə inanmıram. Amma ən yaxşı formasından uzaq olan “Fiorentina”nı səfərdə çətin mübarizə gözləyir.
“Cenoa” – “Roma” ÜST2.5
5 oyunda 5 xal toplayan “canavar”ların işi yaxşı getmir. İlk beş matçda qapıdan 7 qol buraxmaq düşünməyə ciddi əsas verir. Meydan sahibləri ilk oyunlarda 8 dəfə mərkəzə dəvət olunub. Bu amil ÜST2.5-i seçməyə əsas verir.