Günün kuponu – 28.08.2025

Günün kuponu – 28.08.2025

Kuopion Palloseura – Midtyilland QOL/QOL

İlk görüşdə 4-0 hesablı qələbə qazanan Danimarka təmsilçisi Finlandiya səfərinə Rahat yollanıb. Kuopion bu avrokubok mövsümündə evdə uduzmayıb və bütün oyunlarda qol vurub. Zənnimcə, bu dəfə də onlar meydanı qol vurmadan tərk etməyəcəklər. Midtyillandın hücum potensialı haqda danışarkən yalnız xoş sözlər söyləmək olar. Odur ki, danimarkalıların da qol vurma ehtimalı çox böyükdür. Buna görə də qol/qol seçimini tövsiyə edirəm.

Servet Cenevrə – Şaxtyor Dontesk 2,5 ÜST

İlk oyunda rəqibini məğlub edə bilməyən Şaxtyor cavab qarşılaşmasında da favoritdir. Arda Turanın komandası Servetlə səfər oyununda çətinlik çəkəcək. Buna rəğmən qalib gələcəklərini düşünürəm. Meydan sahiblərinin də asan təslim olmayacağını düşünsək, açıq futbol olacağını, bol qollu görüş keçəcəyini ehtimal edirəm.

Beşiktaş – Lausanne Sport 1

Bu, bəlkə də Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskyaerin son şansıdır. Doğma azarkeşləri önünda qara qartalların rəqibə şans verməyəcəyi qənaətindəyəm. Düzdür, Türkiyə təmsilçisi mövsümə heç də yaxşı başlamayıb. Amma Lozanna da o deyil. Bu mərhələyə qədər keçirdiyi avrokubok oyunları, eləcə də yerli liqadakı göstəricilər belə düşünməyə əsas verir. İsveçrəliləri İstanbulda şanssız hesab edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Fernandu Santuşun mətbuat konfransı keçiriləcək

Növbəti yazı

Sürpriz kupon – 28.08.2025