Günün kuponu – 28.08.2024
Atl.Bilbao – Valensiya QOL/QOL
İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir. Ardıcıl iki oyunda uduzan “Valensiya” nəhayət xal qazanmaq arzusundadı. “Atletik”də də vəziyyət yaxşı deyil. İlk iki turda cəmi 1 xala sevinən Bilbao təmsilçisini evdə yalnız qələbə razı salacaq. Meydan sahiblərində 3, qonaqlarda isə 4 futbolçu meydana çıxa bilməyəcək. Diakabi, Domenek, Gaya “Valensiya”ya kömək etməyəcək. Bu oyun üçün ən yaxşı seçim qol/qol-u hesab edirəm.
Atletiko Madrid – Espanyol 1
İlk 2 turda inamlı oyun sərgiləyən Madrid təmsilçisi 4 xala sevinib. Amma oyun baxımından “Atletiko” çox yaxşı təsir bağışlayıb. Heyətlə bağlı problemləri həll eyməyən qonaqların oyunu xilas edəcəyinə inanmıram. Favorit gördüyüm “Atletiko”nun qələbə qazanacağını düşünürəm.
Real Valladolid – CD Leganes ÜST2.5
Ötən tur “Real Madrid”ə uduzan (0-3) “Valyadolid” müdafiədə ciddi səhvlərə yol verdi. İlk hissədə demək olar ki, komandanın arxa xətt oyunçuları bütövlüklə işini yerinə yetirə bilmədi. “Leganes” səfərdə oynamasına baxmayaraq səhvləri bağışlamayacaq. Ona görə məhsuldar nəticə gözləntisini realdı.