Günün kuponu – 28.08.2023

Günün kuponu – 28.08.2023

“Salernitana” – “Udineze” QOL/QOL
Qonaqlar A seriyasına məğlubiyyətlə, meydan sahibləri isə heç-heçə ilə başlayıb. “Udineze” “Yuventus”a uduzub. “Salernitana” isə səfərdə “Roma” ilə heç-heçə edib. Hər iki komanda 2-ci turda qələbə qazanmağa çalışacaq. Ona görə məhsuldar nəticə gözləmək olar.

“Kalyari” – “İnter” 2
Son üç ildə baş tutan bütün oyunlarda “İnter” “Kalyari”ni məğlub edib. Yeni mövsümə qələbə ilə başlayan neradzura duelin favoriti sayılır. Meydan sahiblərinin heyətlə bağlı probleminin olduğunu unutmayaq.

“Hetafe” – “Alaves” ALT2.5
“Alaves” La Liqada 2 turdan sonra 3 xala malikdir. “Hetafe” isə 1 xalla autsayderlərin yanında qərarlaşıb. Ötən tur “Sevilya”nı üstələyən “Alaves” yaxşı formada olduğunu nümayiş etdirdi.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Canluici Donnarumma: “Mbappe PSJ-də qalacaq”

Növbəti yazı

Sürpriz kupon – 28.08.2023