Günün kuponu – 28.06.2023
İngiltərə (U-21) – Almaniya (U-21) – 1-ci hissə cüt şans 12
İngilislər 2 oyundan 6 xal toplamaqla 1\4 finala vəsiqəni təmin edib. Almanlar isə görünür ki, AVRO-2023-ə hazır deyil: Çexiyaya məğlubiyyət, İsraillə sürpriz heç-heçə. Son turda qrup 2-cisi olmaq üçün almanlara yalnız qələbə lazımdır. Üstəlik, onlar çexlərin İsrailə məğlubiyyətini gözləməlidir. Bir sözlə, Almaniya gənclərinin itiriləsi nəyisə qalmayıb və bu səbəbdən onların ən azı AVRO-2023-lə yüksək əhvalda vidalaşmaq üçün bütün gücünü ortaya qoyacağını düşünürəm. Bol qol gözlədiyim bu matçda hesabın ilk yarıda açılacağını, tərəflərdən birinin fasiləyə üstün durumda yollanacağını təxmin edirəm.
İsveçrə (U-21) – Fransa (U-21) – QOL/QOL
2 oyuna 4 qol vurub, eyni sayda top buraxan İsveçrədən son qrup matçında da məhsuldar oyun gözləyirəm. Qrupdakı vəziyyət onları hücum futbolu oynamağa məcbur edir. Pley-offa yüksəlmək üçün qrup lideri Fransaya mütləq qalib gəlmək lazımdır. Fransızların da hücum potensialını nəzərə alsaq, bu dueldə qarşılıqlı qollar gözləməyə dəyər.
Frem – Kopavoqur HK – 2,5 ÜST
“Frem”in apreılin 16-dan bu yana oynadığı 11 matçın hər birində qapılara azı 3 qol vurulub. İslandiya futbolu üçün təəccüblü nəticə deyil. Bu görüşün də bol qollu keçəcəyini təxmin edirəm.