Günün kuponu – 28.06.2022
“Halmstad” – “Trelleborq” 1
“Halmstad” 10 oyundan sonra 23 xalla turnir cədvəlinə başçılıq edir. Ancaq komanda son 3 matçda cəmi 4 xal yığıb. “Trelleborq” son iki turda məğlub olub. “Halmstad” öz meydanındakı son görüşdə “Trelleborq”a minimal hesabla uduzmuşdu. Ona görə də bu oyun həm də meydan sahibləri üçün revanş xarakteri daşıyır.
“Norbi” – “Ostersund” QOL/QOL
Hər iki komanda çempionata pis başlayıb. “Norbi” 11 xalla 13-cü, “Ostersund” isə 6 xalla 15-ci yeri tutur. “Norbi” həm də çempionatın ən az qol vuran (7) komandasıdır. “Ostersund” ötən tur nəhayət ki, qələbə qazanaraq azarkeşlərini sevindirə bildi. Favorit “Norbi” hesab olunur. Lakin qol/qol variantını da istisna etmək olmaz.
“Atletiko Tukuman” – “Qodoy Kruz” ALT 2,5
Dörd oyundan sonra hər iki komanda eyni sayda – 6 xal toplayıb və turnir cədvəlində 16-17-ci yerləri bölüşürlər. “Atletico Tukuman” son 5 oyunda cəmi 3 qol vurub. “Qodoy Kruz”un da hücum xətti məhsuldarlığı ilə seçilmir.