Günün kuponu – 28.05.2024

Günün kuponu – 28.05.2024

Breda – Ekselsior 2,5 ÜST

Erediviziyada yeni mövsümdə oynayacaq klubun adına məhz bu komandaların duelində aydınlıq gələcək. Bu mövsümü 18 komanda arasında 16-cı yerdə bitirən “Ekselsior” Niderlandın futbol elitasında yerini qorumaq üçün pley-off mərhələsində qalib olmalıdır. Yarımfinal duelində “Den Haaq” komandasına hər 2 oyunda (2:1,7:1) qalib gələrək finala çıxıblar. “NAC Breda” isə 5 illik aradan sonra yenidən Erediviziyaya yüksəlməyi hədəfləyib. 2 matçdan (evdə-səfərdə) ibarət final hər iki tərəf üçün xüsusi əhəmiyyətlidir. Tərəflərin öz aralarındakı oyunların statisitikasına da nəzər salsaq, əksər duelləri bol qollu keçib. Məncə, bu görüşdə də azı 3 qol qeydə alınacaq.

Start – Soqndal QOL/QOL

9 turda cəmi 1 qələbə qazanan “Start” “qara zolaq”dan çıxmağa çalışır. Rəqib isə ilk “üçlük”də yer alır. Qarşılıqlı qollar gözləniləndir.

Malmö – Elfsborq 1

İsveç liqasında liderlik edən “Malmö” bu mövsüm çempionatda öz meydanında keçirdiyi 5 oyunun hamısında qalib gəlib. Seriyanın bu turda da davam edəcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qəbələ”də kütləvi ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 28.05.2024