”Qarabağ” – “Araz-Naxçıvan” matçının başlama saatı bəlli oldu
Günün kuponu – 28.04.2023
“Spetsiya” – “Monza” QOL/QOL
“Spetsiya”nı təhlükəli zonadan cəmi 1 xal ayırır. A seriyasnda qalmaq uğrunda mübarizə aparan komandanın vəziyyəti o qədər də yaxşı deyil.
“Monza” son matçlarıda inamlı təsir bağışlayır. Palladinonun rəhbərlik etdiyi kollektiv son iki turda “İnter” və “Fiorentina” kimi rəqibləri məğlub edib.
“Spetsiya” doğma azarkeşlər önündə qələbə üçün əlindən gələni edəcək. Məncə, komandaların fərqlənmək imkanları çox olacaq.
“Osasuna” – “Real Sosyedad” QOL/QOL
“Osasuna” yaxşı mövsüm keçirir. Arrasatenin komandası La Liqada 8-ci yeri tutur, Kral kubokunda isə finala vəsiqə qazanıb.
Bu turdan sonra “Osasuna”nı qarşıda iki ağır oyun gözləyir – “Barsa” ilə səfər matçı və “Real”la kubokda final görüşü. Meydan sahibləri əllərindən gələni edəcək ki, həmin ağır matçlar öncəsində xal və ya xallar qazana bilsinlər.
“Strasburq” – “Lion” 2
Liqa-1-də qalmaq uğrunda mübarizə aparan “Strasburq” son iki görüşdə qələbə qazanıb. Lakin düünmürəm ki, bu dəfə “Lion”u da büdrədə bilsinlər.
Həm də Loran Blanın komandası ötən tur öz meydanında prinsipial matçda “Marsel”ə uduzduğundan bu dəfə yalnız 3 xal üçün döyüşəcək. “Lion” qalib gələcəyi halda avrokuboklara vəsiqə verən yerlərə də yaxınlaşa bilər.