Günün kuponu – 28.03.2025
Bayer Leverkuzen – Bohum – 1-ci hissənin nəticəsi – Bayer Leverkuzen
Bundesliqada çempionluq şansını hələ də saxlayan Leverkuzen klubu lider “Bayern”lə 6 xallıq fərqi azaltmağa çalışır. Autsayderlərdən olan Bohumla matçda Bayer Leverkuzenin xal itirəcəyinə inanmıram. Məncə, meydan sahibi artıq ilk yarıda qələbənin əsasını qoyacaq.
Bodrumspor – Fənərbağça – 2
Fənərbağça çempionluq yarışından qopmamaq üçün bu matçı qazanmalıdır. Bodrum təmsilçisi son oyunlarda uduzması da, məncə, Fənərlə dueldə onların məğlubiyyətsiz oyunlar seriyası dayanacaq.
Turan Tovuz – Qarabağ – qol/qol
Turan Tovuz Azərbaycan premyer liqasında bu mövsüm Qarabağa uduzmayan yeganə komandadır. 3 oyunda 2 qələbə, 1 heç-heçə. Ola bilsin, tərəflərin bu sezonda sonuncu duelini Ağdam klubu qazansın, amma Kurban Berdıyevin komandasının öz azarkeşləri qarşısında azı 1 qol vuracağını gözləyirəm.