Günün kuponu – 28.03.2022
El-Salvador – Kosta-Rika – ALT2.5
Dünya Çempionatının seçmə oyunları davam edir. Öz zonasında dördüncü yerdə qərarlaşan Kosta-Rika yığması pley-offa vəsiqə qazana bilər. Meydan sahibləri isə rəqibdən 9 xal geri qalmaqla alt sıralarda yer tutur. Ötən tur Kanada millisini məğlub edən (1-0) Kosta-Rikanı çətin səfər matçı gözləyir.
Monteneqro – Yunanıstan – QOL/QOL
Yoldaşlıq görüşlərinə proqnoz vermək asan olmur. Bəzən komandalar əsas futbolçularına istirahət verməklə nəticəyə önəm vermir. Üç gün əvvəl Rumıniya millisini məğlub edən yunanlar bu matçda da üstün tərəf hesab edilir.
“Las Palmas” – “Leqanes “ QOL/QOL
Sequndada 33-cü turda maraqlı oyun təqdim olunur. Turnir cədvəlində müvafiq olaraq 11 və 15-ci yerlərdə qərarlaşan klubları bir-birindən cəmi 2 xal ayırır. Alt sıralarda yer tutan klubların duelindən məhsuldar oyun gözləyirəm.