Günün kuponu – 28.01.2026

Günün kuponu – 28.01.2026

Mançester Siti – Qalatasaray QOL/QOL

İki almaniyalı ulduz – İlkay Gündoğan və Leroy Sane “Etihad Stadium”a dönür. Sözsüz ki, matçın favoriti bəllidi. Amma bu son turdu və 1 oyunda hər şey ola bilər! Erlinq Haaland və Viktor Osimhen kimi nəhəng hücumçulara malik komandaların hərəyə ən azı 1 qol vuracağını proqnozlaşdırıram.

Bayer – Vilyareal 1

“Vilyareal” son 3 oyunu uduzub. Çempionlar Liqasında isə “Kayrat”la bir yerdə hərəyə 1 xal toplayaraq turnir cədvəlinin quyruğunda qərar tutub. “Bayer”in də durumu o qədər də ürəkaçan deyil. Amma leverkuzenlilər rəqiblərindən fərqli pley-offa düşmək şanslarını itirməyib və bu məqsədə çatmaq üçün qələbə qazanmaları kifayət edəcək. Almanların azarkeşlərin də dəstəyilə bunu bacaracağını təxmin edirəm.

PSJ – Nyukasl 1

Liqa 1-in lideri Premyer Liqada 9-cu yerdə gedən klubu qəbul edir. Bu, Çempionlar Liqasında günün ən prinsipial qarşılaşmalarındandı.
Hər iki komandanın xalı da, top fərqi də eynidi və ilk 8 yerdən birini tutmaq üçün çox gərgin mübarizə gözlənilir. Bu mücadilədən meydan sahiblərinin qalib çıxacağını düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Marko Yankoviç: “Bu bizim üçün şərəfdir”

Növbəti yazı

Sürpriz kupon – 28.01.2026